Modern.az

Qazaxda ağır yol qəzası: ata-oğul ölüb

Qazaxda ağır yol qəzası: ata-oğul ölüb

Aktual

22 Mart 2021, 13:33

Daxili İşlər Nazirliyi (DİN) Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin məlumatına görə, martın 20-də saat 18 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində rayon sakinləri Ziyarət Xəlilovun idarə etdiyi “Mercedes” və M. Məmmədovun idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Xəlilov və sərnişini olan oğlu Elvin hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

 

Qazax RPŞ tərəfindən araşdırma aparılır. 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə