Modern.az

Quba-Xınalıq yolunun qarı təmizlənir - FOTOLAR

Quba-Xınalıq yolunun qarı təmizlənir - FOTOLAR

Aktual

22 Mart 2021, 14:56

Gecə saatlarından başlayaraq  Quba rayonunun dağlıq ərazilərində yenidən qar yağması müşahidə edilib.

Qubadakı 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyevin Modern.az-a bildirdiyinə görə, Quba-Xınalıq yolunun 37-49-cu km-nə 10 sm qar yağıb. İdarənin Xınalıq sahəsinin işçiləri yolda hər hansı uçqun və ya buzlaşma olmaması üçün səhər saatlarından yolun qardan təmizlənməsinə başlayıblar.

Hazırda yolda nəqliyyat vasitələri normal hərəkət edir.


Aytəkin Alxaslı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə