Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.
"Azərişıq" ASC-dən Modern.az-a verilən məlumata görə, güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub:
"Dam örtüyünün ərazidən keçən elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib".
Rəsmi məlumata əsasən, qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə "Azərişıq" ASC-nin əməkdaşları cəlb edilib.
"Azərişıq"dan verilən son məlumata görə, artıq istehlakçıların elektrik enerjisi ilə təchizatbərpa edilib.