Modern.az

“Avropa İttifaqı Rusiya ilə münasibətləri məhv edib” - Lavrov şikayətləndi

“Avropa İttifaqı Rusiya ilə münasibətləri məhv edib” - Lavrov şikayətləndi

Aktual

23 Mart 2021, 12:39

Brüssel Moskva ilə münasibətləri məhv edib.

 

Modern.az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə danışıqlardan sonra keçirdiyi birgə brifinqdə bildirib.

 

Nazirin sözlərinə görə, Avropada yalnız milli maraqları rəhbər tutan və Rusiya ilə tərəfdaşlıq dialoqunu davam etdirən bir neçə ölkə var, qalanları mövcud bütün mexanizmləri məhv edib:

 

“Qərb cəbhəsində heç bir dəyişiklik olmadığı müddətcə, Şərqdə hər il zənginləşən çox intensiv bir gündəmimiz var”.

 

S. Lavrov onu da bildirib ki, Avropa İttifaqı ortaya çıxan anormallığı aradan qaldırmağa qərar verərsə, Moskva əlaqələri bərpa etməyə hazırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə