Modern.az

Ukraynaya giriş qaydaları sərtləşdirildi

Ukraynaya giriş qaydaları sərtləşdirildi

23 Mart 2021, 16:54

Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş qaydalarını sərtləşdirib.

 

Modern.az xəbər verir ki, səhiyyə naziri Maksim Stepanovun brifinqdə verdiyi məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bütün xarici ölkə vətəndaşları üçün Ukraynaya giriş zamanı PCR testi tələb ediləcək. PCR (Polimeraza Zəncirvari Reaksiya) testi 48 saatdan gec olmayaraq təqdim edilməlidir.

 

Qeyd edək ki, koronavirusa yoluxma halları artdığından, Ukraynanın bir çox vilayətləri “qırmızı zona” elan edilib və karantin şərtləri sərtləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə