Modern.az

Lənkəranda “Milliön” terminalı oğurlandı

Lənkəranda “Milliön” terminalı oğurlandı

23 Mart 2021, 19:59

Lənkəranda “Milliön" ödəmə terminalından oğurluq olub.

 

Modern.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Hirkan qəsəbəsində baş verib.

 

Qəsəbə ərazisində fəaliyyət göstərən "Həsən market"ə arxa hissədən daxil olan naməlum şəxs və ya şəxslər mağazadan oğurluq ediblər. Oğrular eyni zamanda ödəmə terminalının kassa hissəsini sökərək 2 000 manat pulu oğurlayıblar. Bundan başqa, ödəmə terminalına maddi 300 manat dəyərində zərər vurulub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə