Modern.az

Rusiyanın hərəkətləri təhdiddir - NATO-dan bəyanat

Rusiyanın hərəkətləri təhdiddir - NATO-dan bəyanat

23 Mart 2021, 23:50

NATO Rusiyanın hərəkətlərini ittifaq üçün təhlükə adlandırıb.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə NATO ölkələrinin xarici işlər nazirləri səviyyəsində Brüsseldə keçirilən ilk günün toplantısından sonra verilən açıqlamada bildirilib. 

 

Qeyd edilib ki, Rusiyanın aqressiv hərəkətləri Avroatlant alyansın təhlükəsizliyi üçün təhdiddir. Bəyanatda o da vurğulanıb ki, bu fonda transatlantik tərəfdaşlıq müttəfiqlərin kollektiv müdafiəsinin açarı olaraq qalacaq. 

 

Eyni zamanda bildirilib ki, NATO yalnız müdafiə ittifaqı olduğunu, heç bir ölkəyə təhlükə yaratmadığını israr edir. 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə