Modern.az

Paytaxtda daha bir piyada vuruldu

Paytaxtda daha bir piyada vuruldu

Aktual

24 Mart 2021, 23:52

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

 

Mərdəkan qəsəbəsində 1961-ci il təvəllüdlü Quluzadə Rafət Rza oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, ayaqların sınığı diaqnozu qoyulub (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə