"Vətən müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin idarə heyətinin fəalları 31 mart soyqırımı günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, soyqrımı qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.
İctimai Birlik Azərbaycan xalqına qarşı amansıcasına törədilmiş 31 mart qətliamı ilə bağlı təbliğat yönümündə milli və vətənpərvər ruhlu Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri ilə birlik, həmrəylik nümayiş etdirərək, 4 dildə videobəyanat yayıb.
Təşkilatın baş katibi Zamin Zeynalov mediaya açıqlamasında qeyd edib ki, bu cür ictimai təşəbbüsü həyata keçirməkdə əsas məqsəd dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimayyiətinin diqqətinə çatdırılması ilə bağlı siyasətinə ictimai töhfə vermək, dəstək olmaqdır.