Modern.az

Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşünün gündəliyi AÇIQLANDI

Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşünün gündəliyi AÇIQLANDI

Aktual

30 Mart 2021, 12:10

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin sabah videoformatda keçiriləcək qeyri-formal görüşünün gündəliyi açıqlanıb.

 

Modern.az-ın xəbərinə görə, Zirvə Görüşündə təşkilata üzv bütün ölkələr dövlət başçısı səviyyəsində (Macarıstan Baş nazir səviyyəsində) təmsil olunacaq və iclas 15:00-da başlayacaq.

 

Zirvə Görüşünə Şuraya rəsmi üzv olmayan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da qatılacaq. Liderlər 10-15 dəqiqə ərzində çıxış edəcəklər.

 

Zirvədə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq. Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə