“Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının artırıldığı haqqında məlumatlar həqiqəti əks etdirmir”.
Bu barədə Modern.az-a hakim partiyanın mətbuat katibi Hüseyn Paşayev məlumat verib. O qeyd edib ki, üzvlük haqlarının müəyyən olunması haqqında hər hansı qərar yoxdur:
“Əvvəlki məbləğdə və qaydada üzvlük haqları saxlanılır. Hazırda üzvlük haqının artırılması və ya azaldılması haqqında müzakirə yoxdur”.
H.Paşayev üzvlük haqları ilə bağlı dəyişiklik prosedurana da toxunub:
“Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında qəbul edilmiş qərara əsasən partiyanın idarə heyətinə tapşırıq verilib. Yaxın müddət ərzində partiyanın proqramı müzakirə və təsdiq olunmalıdır. Yalnız struktur islahatları başa çatdıqdan sonra partiyada üzvlük haqları məsələsinə baxıla bilər. Ancaq hələlik bu, gündəmdə deyil”.
Qeyd edək ki, YAP-da rəsmi olaraq üzvlük haqqı minimum 1 manatdır.