Modern.az

Satıcının əl-ayağını iplə bağlayıb mağazanı qarət etdilər

Satıcının əl-ayağını iplə bağlayıb mağazanı qarət etdilər

Aktual

30 Mart 2021, 12:35

Sumqayıt şəhəri ərazisindəki mağazaların birində satıcıya qarşı zor tətbiq edilib.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, hadisə martın 28-də qeydə alınıb.

 

Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkiləri oğurlayıblar. 

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə