Modern.az

Acınohur düzündə milli park yaratmaq TƏKLİF OLUNDU

Acınohur düzündə milli park yaratmaq TƏKLİF OLUNDU

Aktual

30 Mart 2021, 17:06

“Qoruqlara daxil olmaq tam qadağandır. Yalnız qoruğun işçiləri və elmi-tədqiqat aparacaq şəxslər üçün icazə verilə bilər. Milli parklara isə turistlər getsə belə, orada “nüvə” adlandırılan və ciddi qorunan ərazilər var. Milli parklarda turistlərin yalnız təbiəti öyrənmək, oradan zövq almaq səlahiyyəti var”.

Modern.az xəbər verir ki, bu barədə zooloq-mütəxəssis Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabındakı canlı yayımda məlumat verib.


E.Əsgərov Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyində milli parkın yaradılmasını təklif edəcəklərini bildirib:


“Acınohur düzü ilə qonşuluqda əkin sahələrinin olması buradakı ceyranların gələcək həyatını təhlükədə qoyur və bu da onların gələcək artımının qarşısını alacaq. Acınohur düzünə 5 ceyran buraxılıb. İlk ildə ceyranların artımı ləng gedirdi, amma son iki ildə artım sürətlənib və iki dəfə çoxalıb. Ərazinin tutumu burada daha çox ceyranın yaşamasına imkan verir. Amma ceyranlara mane olan qonşuluqda əkin sahələridir. Əkin sahələrində kimyəvi maddələrin istifadə edilməsi ceyranların gələcək həyatı üçün təhlükə yaradır. Yaxşı olardı ki, Acınohur düzündə xüsusi mühafizə olunan təbiət ərazisi yaradılsın. Burada milli parkın yaradılması üçün təklif də verəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə