Modern.az

Ərdoğan nazirləri topladı - gündəlikdə Qarabağ da var

Ərdoğan nazirləri topladı - gündəlikdə Qarabağ da var

30 Mart 2021, 18:54

Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.

 

Modern.az xəbər verir ki, iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

 

İclasda Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti, ölkə daxilində və xaricində terrorla mübarizə, Egey, Şərqi Aralıq dənizi və Kipr mövzuları müzakirəyə çıxarılıb.

 

İclasın gündəliyinə Qarabağda atəşkəsə nəzarət etmək üçün yanvarın 30-da işə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də daxil edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə