Modern.az

Millimiz Serbiyaya da uduzdu

Millimiz Serbiyaya da uduzdu

Aktual

30 Mart 2021, 22:00

Futbol üzrə Azərbaycan yığması 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Serbiya yığmasını qəbul edib.

 

Görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Serbiya millisinin heyətində Aleksandar Mitroviç dubl edib. Seçməmizin qolunu isə Emin Mahmudov vurub.

 

Qeyd edək ki, Azərbaycan millisi bundan öncə Portuqaliya və Qətərə uduzmuşdu.

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə