Modern.az

Onların da qanı yerdə qalmadı...

Onların da qanı yerdə qalmadı...

31 Mart 2021, 00:02

Bu gün ermənilərin 1918-ci il vəhşiliyindən 103 il keçir.Zaman-zaman mənfur qonşularımız azərbaycanlılara qarşı dəhşətli soyqırım törədiblər. Mart soyqırımında minlərlə günahsız insan erməni vandallığının qurbanı olub.Ölkənin şimalı da düz 103 il bundan əvvəl namərd ermənilərin təxribatından çox əziyyət çəkib.Azərbaycanın müxtəlif bölgələrində ermənilərin törətdiyi dəhşətli soyqırımın ən ağırı da Quba qəzasında qeydə alınıb. Müsahibimiz Azərbaycan Milli EA--nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı ,Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyir ki,2007-ci il aprel ayının 1-də Quba şəhər stadionunda aparılan torpaq işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq tarixin bu qanlı izini üzə çıxardı.İllər öncə günahsız insanların qalaq- qalaq basdırıldığı Quba kütləvi məzarlığını elmi dəlililərlə erməni vəhşiliyinin daha bir canlı sübutu kimi ictimaiyyətə təqdim etdik :"Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu kütləvi məzarlıqda geniş şəkildə tədqiqat işləri aparıb,torpağın altından ermənilərin yerli dinc əhaliyə qarşı etdiyi vəhşiliyin elmi əsaslarla canlı sübutunu müəyyən edib.Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki,erməni işğalçıları 1918-ci ildə təkcə Quba şəhərində 2 mindən artıq dinc insanı qanına qəltan edib. Qətlə yetilən insanların meyiti şəhərin müxtəlif ərazilərində basdırılıb,bir qismi isə 2007-ci ildə aşkar edilimiş kütləvi məzarlıqda qalaqlanaraq dəfn edilib. Əgər buna dəfn edilmək demək mümkün olarsa.Kütləvi məzarlıqda təxminən 600 nəfər dinc sakinin xüsusi amansızla öldürülərək arxlara doldurularaq basdırılması müəyyən edilib."

 

1918-ci il soyqırımında təkcə Quba qəzasında 16 mindən çox günahı olmayan dinc insan ermənilər tərəfindən öldürülüb,çoxsaylı evlər,yaşayış məntəqələri ,kəndlər darmadağın edilib,yandırılıb və külü göyə sovrulub.

 

 

Qubada kütləvi məzarlıq aşkar ediləndən sonra dövlət səviyyəsində burada əsaslı işlərin görülməsi ön plana çəkilib.Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində kütləvi məzarlıqda möhtəşəm Memorial Soyqırım Kompleksi inşa edilib.2013-cü il sentyabr ayının 18-də tam hazır olan kompleksin açılışında dövlət başçısı İlham Əliyev şəxsən iştirak edib.

 

2007-ci il aprel ayının 3-də Quba məzarlığı aşkar ediləndə mətbuata ilk olaraq bu xəbəri keçmiş ANS televiziyasının bölgə müxbiri kimi mən vermişdim. Onda internetlə tam işləmədiyimizdən çəkiliş elədiyimiz videokasetləri reys avtobusları ilə Bakıya göndərirdik. Yadıma gəlir,məzarlıqdan çəkilən ilk videogörüntüləri qaranəfəs halda Quba avtovağzalında Qusardan gələn avtobusun sürücüsü İmaməddin kişiyə güclə çatdırmışdıq. İndi 14 ildir ki,indi möhtəşəm kompleks olan Quba məzarlığı nəinki Quba,bölgə, nəinki Azərbaycan,hətta bir çox xarici qonaqların,beynəlxalq ictimaiyyət nümayəndələrinin daimi ziyarətgah yerinə çevrilib.

 

Bu gün isə -31 mart Azərbaycanlıların soyqırımı günündə pandemiya qaydalarına uyğun olaraq kompleksi ziyarət edilənlərin sayı məhdud sayda olacaq. Quba İH başçısının müavini Səidə Abasovanın məlumatına görə, Memorial Soyqırım Kompleksi ilin bütün günlərində olduğu kimi,bu gün də ziyarətə gələnləri qəbul eləməyə hazırdır.Amma anım tədbiri koronavirus virusundan qorunmaq üçün Operativ Qərargahın qoyduğu tələblərə uyğun sosial məsafəni gözləməklə və maskalardan istifadə etməklə keçiriləcək.

 

Sonra demək istədiklərim var. Kütləvi məzarlıqda basdırılan dinc sakinləri ,ümumiyyətlə,1918-ci mart soyqırımında itirdiyimiz dinc əhalinin hər birini mən erməni vəhşiliyi nəticəsində qurban verdiyimiz ilk şəhidlər hesab edirəm. Düz 103 il əvvəl baş vermiş bu qırğında öldürülən günahsız insanların da qanını 2020-ci ilin şanlı qələbəmizlə başa çatan Vətən müharibəsində Müzəffəf Ordumuzun igid oğulları aldı. 2800-ə yaxın cəsur oğlumuz bütün işğal -soyqırım qurbanlarının qanını aldı Vətən savaşında. Cəmi şəhidlərimizin ruhu şad olsun!!!

 

Aytəkin ALXASLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə