Modern.az

Putin Merkel və Makronla “Sputnik V” vaksinini müzakirə etdi

Putin Merkel və Makronla “Sputnik V” vaksinini müzakirə etdi

31 Mart 2021, 00:21

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə və Fransa Prezidenti Emmanuel Markonla videokonfrans formatında danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

 

Tərəflər danışıqlar zamanı pandemiya ilə mübarizədə səylərin birləşdirilməsi məsələsinə xüsusi diqqət ayırıblar.

 

"Koronavirus pandemiyasına qarşı ümumi təhlükə ilə mübarizədə səylərin birləşdirilməsinə xüsusi diqqət yetirildi. Bu kontekstdə liderlər xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün tədbirlərə diqqət yetirdilər. Xüsusilə, Rusiyanın “Sputnik V” peyvəndinin Avropa Birliyində (AB) qeydiyyatdan keçmə perspektivləri, eyni zamanda bu preparatın AB ölkələrində mümkün tədarükü və birgə istehsalına toxunulub”, - Kremlin xəbərində deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə