Modern.az

ANAMA Qarabağda minaları tapmaqda çətinlik çəkir

ANAMA Qarabağda minaları tapmaqda çətinlik çəkir

31 Mart 2021, 11:49

Minalanmış sahələrin xaritəsi olmadığı üçün, minaları aşkar etmək çətindir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Mədəd Məmmədov deyib.

 

O qeyd edib ki, düşmən hələ də o xəritələri Azərbaycan hökumətinə təhvil verməyib:

 

"Azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi ən aktual məsələlərdəndir və hökumət tərəfindən daim diqqətdə saxlanılır. Ermənistan tərəfi isə minalanmış sahələrin xəritəsini bizə təqdim etməyib. Bu səbəbdən minalanmış xətləri aşkara çıxarmaq çətindir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə