Modern.az

Şamaxıda 4 nəfəri ölümlə hədələyən silahlı şəxs tutuldu

Şamaxıda 4 nəfəri ölümlə hədələyən silahlı şəxs tutuldu

31 Mart 2021, 13:20

Şamaxıda sakinlərini tüfənglə öldürəcəyi ilə hədələyən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açdığını bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılıb. Ondan “BUM” markalı ov tüfəngi götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə