Modern.az

Qubada karantini pozan restoran aşkarlandı

Qubada karantini pozan restoran aşkarlandı

Aktual

2 Aprel 2021, 10:22

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

 

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə,dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə