“Bu günə qədər Vətən müharibəsinin iştirakçısı olan 250-dən çox qaziyə əlillik təyin edilib”.
Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.
O qeyd edib ki, 511 qaziyə 2 400-dən yuxarı reabilitasiya vasitəsi təqdim edilib.