Modern.az

“Azərsu”dan intihar edən əməkdaşı ilə bağlı AÇIQLAMA

“Azərsu”dan intihar edən əməkdaşı ilə bağlı AÇIQLAMA

2 Aprel 2021, 12:31

“Azərsu” ASC-nin əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev intihar edib.

 

Qurumun mətbuat katibi Anar Cəbrayıllı Modern.az-a açıqlamasında hadisənin bu gün səhər Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində baş verdiyini deyib.

 

Onun sözlərinə görə, intihar edən şəxs nasos qurğularının maşinisti olub, ailəlidir, iki azyaşlı övladı var.

 

A.Cəbrayıllı deyib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır:

 

“Onun hansı səbəbdən intihar etdiyi bilinmir. Yəqin ki, bunu istintaq müəyyənləşdirəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə