Modern.az

Naftalanda yaşıllaşdırma işləri davam etdirilir

Naftalanda yaşıllaşdırma işləri davam etdirilir

Aktual

2 Aprel 2021, 14:04

 

Naftalan şəhərində yaşıllaşdırma işləri uğurla davam etdirilir. Şəhərinin estetik gözəlliyinin bərpası və kurort iqliminin yaxşılaşdırılması ilə əlaqədar genişmiqyaslı yaşıllaşdırma işləri aparılır.

 

Modern.az xəbər verir ki, bu məqsədlə şəhər ərazisində yerləşən parklarda, yol kənarlarında növbəti ağacəkmə aksiyası keçirilib.

 

Ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı, şəhər Polis şöbəsinin rəisi iştirak ediblər. Şəhər sakinlərinin, həmçinin şəhərə gələn yerli və xarici turistlərin məmnunluğunun təmin edilməsi üçün şəhər ərazisində, parklarda yaşıllaşdırma işləri mütəmadi olaraq davam etdiriləcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə