Modern.az

Füzulidə xeyli sayda silah-sursat aşkar edildi

Füzulidə xeyli sayda silah-sursat aşkar edildi

2 Aprel 2021, 14:10

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 “İqla-S”, 1 “Muxa”, 1 “Foqot” markalı raket kompleksləri, 3 pulemyot, 1 avtomat, 1 qumbaraatan, 33 müxtəlif növ əl qumbarası, 308 müxtəlif növ mərmi, 10 avtomat darağı və 3000 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə