Modern.az

Rəmiş “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Rəmiş “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Aktual

5 Aprel 2021, 18:24

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) sabah dəfn olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

 

Bildirilib ki, Rəmiş Yasamal ("Qurd qapısı") qəbiristanlığında dəfn ediləcək.

 

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

 

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə