Modern.az

Qəlyan tütünlərinə aksiz vergisi tətbiq olunacaq

Qəlyan tütünlərinə aksiz vergisi tətbiq olunacaq

5 Aprel 2021, 19:47

Aksiz vergisinə cəlb edilən məhsulların sayı artırılıb. 

Modern.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlərin 1 kq-ı üçün 30 manat aksiz vergisi tətbiq olunacaq.

 

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir