Nigeriyanın cənubundakı İmo vilayətində silahlı şəxslərin həbsxanaya təşkil etdikləri hücumda 1844 məhkum qaçıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər İmo vilayətinin paytaxtı Overridəki həbsxanaya partlayıcıdan istifadə etməklə, hücum ediblər.
Bildirilib ki, qaçanlardan altısı könüllü olaraq geri dönüb, 35 məhkum isə qaçmaqdan imtina edib.
Hücumda 50 maşın yandırılıb.