Modern.az

Bakıda külək 14 ağacı aşırıb

Bakıda külək 14 ağacı aşırıb

6 Aprel 2021, 17:18

Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub.

 

Bu barədə Modern.az-a Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, gün ərzində 14 ağacın aşması qeydə alınıb:

 

"Bu kimi hallar daha çox Sabunçu, Suraxanı və Nərimanov rayonlarında qeydə alınıb. Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac və onun qırıntıları hadisə yerindən götürülüb, fəsadlar aradan qaldırılıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat