Modern.az

Sabahdan jurnalistlərin vaksinasiyasına başlanılır

Sabahdan jurnalistlərin vaksinasiyasına başlanılır

8 Aprel 2021, 13:55

Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

 

Modern.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat yayıb.

 

Ə. Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib:

 

"Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat