Modern.az

Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI

Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI

Aktual

8 Aprel 2021, 16:42

"Zeytun Pharmaceuticals", "Buta Farm" və "Vita Aptekləri" MMC-yə cərimə yazılıb.

 

Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi hər üç aptekə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edib.

 

Protokollara Xəzər Rayon Məhkəməsində baxılacaq.

 

Bu inzibati xətaya görə, vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.(Report)

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat