Modern.az

Hərbi attaşelər Hərbi Hava Qüvvələrini ziyarət edib - FOTO

Hərbi attaşelər Hərbi Hava Qüvvələrini ziyarət edib - FOTO

Aktual

10 Aprel 2021, 12:18

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, on iki dövlətin hərbi attaşelik aparatının 15 nümayəndəsinə hərbi hissə, eləcə də HHQ-nin Vətən müharibəsində həyata keçirdiyi fəaliyyəti haqqında brifinq verilib və onların sualları cavablandırılıb.

Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?