Modern.az

Mingəçevirdə restoran sahibinə cinayət işi açıldı - Səbəb yenə TOY

Mingəçevirdə restoran sahibinə cinayət işi açıldı - Səbəb yenə TOY

10 Aprel 2021, 16:58

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı  barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, restoran sahibi R.Bəşirov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?