Modern.az

Bakının əsas prospektlərdən birinin adı dəyişdirildi -  “8 Noyabr” adlandırıldı  

Bakının əsas prospektlərdən birinin adı dəyişdirildi -  “8 Noyabr” adlandırıldı  

12 Aprel 2021, 14:20

Nobel prospektinin adı dəyişdirilib. Modern.az-ın əldə etdiyi məlumata görə, prospekt bu gündən “8 Noyabr” adlandırılıb.

 

Məlum olduğu kimi, bu gün ölkə başçısı Nobel prospektində yerləşən Hərbi Qənimətlər parkının açılışında iştirak edib.

 

Bildirilir ki, Nobel prospektinin “8 Noyabr” prospekti adlandırılması haqqında qərar ölkə başçısının təşəbbüsü ilə açılış zamanı verilib.

 

Bəzi məlumatlara görə, gələcəkdə bu prospektdə “Zəfər” muzeyinin yaradılması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?