Modern.az

Sidqi Mustafayev, xanımı və qızı koronavirusdan vəfat etdi

Sidqi Mustafayev, xanımı və qızı koronavirusdan vəfat etdi

12 Aprel 2021, 15:06

Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

 

Modern.az Axşam.az-a istinadən xəbər verir ki, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

 

S.Mustafayevin qızı Hökümə xanım açıqlamasında bildirib ki, atası 10 gündür xəstəxanada müalicə alıb:  “Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?