Modern.az

Uğurlu üç il

Uğurlu üç il

12 Aprel 2021, 15:26

Növbədənkənar prezident seçkilərindən sonra keçən üç ilin yekunlarını ancaq uğurlu qiymətləndirmək olar. Qədim və zəngin Azərbaycan dövlətçilik tarixində bir sıra ilklərə imza atmış görkəmli dövlət və siyasi xadim olan Prezidentimiz İlham Əliyevin liderliyində dövlətimizin 2018-ci ildən bəri yürütdüyü daxili və xarici siyasətin nəticələri qürurvericidir. Hər şeydən əvvəl, dövlət rəhbərimiz millətə verdiyi bütün vədləri əməli işi ilə yerinə yetirərək ümumxalq sevgisini qazanıb.

 

Ölkəmizdə bütün sahələrdə islahatlar aparılıb və uğurlu nəticələr əldə edilib. Azərbaycan model dövlət halına gəlib.

 

Xarici siyasətdə Azərbaycan dövlətinin beynəlxalq mövqeləri möhkəmlənib, nüfuzu və rolu artıb. Dövlət başçısı 2003-cü ildə andiçmə mərasimində etdiyi nitqində demişdi ki, başlıca məqsəd işğal altında olan əraziləri azad etməkdir. Bu məqsədə nail olmaqdan ötrü uzaqgörən və müdrik bir siyasət yürüdüldü. Xalqın hakimiyyəti müdafiə etməsi nəticəsində ölkədə yaranan təbii sabitlik güclü iqtisadiyyat və qüdrətli ordu qurulmasına gətirdi. Səmərəli və çevik idarəetmə sistemi yaradıldı. 44 günlük müharibədə qazanılan qələbə ilə millətimizi məğlub millətdən qalib millətə çevirən, başını dik edən, xəyallarını gerçəkləşdirən dövlət rəhbərimiz dünya hərb tarixinə də model verdi. Bu gün bayrağımız Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanır. Son üç ilin tarixi təcrübəsi bir daha göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü və milli-dövlət maraqlarımıza cavab verən siyasətin alternativi yoxdur. Ölkəmizin çox gözəl gələcəyi vardır.

 

Musa Qasımlı

Milli Məclisin deputatı 

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?