Modern.az

Yol polisi İsmayıllıda reyd keçirdi - FOTO

Yol polisi İsmayıllıda reyd keçirdi - FOTO

13 Aprel 2021, 20:18

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən  şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər  yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

 

Həmin  şəxslərlə maarifləndirici söhbətlər aparılıb və  15 sürücü barəsində inzibati protokol tərtib olunub.

 

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat