Ukraynanın keçmiş prezidenti Petro Poroşenko parlament fraksiyalarının razılaşma şurasında millət vəkillərinin qarşısına yeni görkəmdə çıxıb.
Modern.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunub ki, keçmiş Ukrayna lideri stilini dəyişdirib. Millət vəkilinin “Louis Vuitton”dan qiyməti 875 ABŞ dolları olan ayaqqabısı diqqəti çəkib.
Mütəxəssislərə görə, Poroşenko plastik əməliyyat da etdirib.