Modern.az

Çoxdilli yayım üçün CBC-yə lisenziya verildi

Çoxdilli yayım üçün CBC-yə lisenziya verildi

14 Aprel 2021, 11:18

“Çoxdilli yayım aparılması üçün CBC media şirkətinə lisenziya verilib”.

 

Bu sözləri Modern.az- açıqlamasında Milli Televiziya və Radio Şurasının rəsmisi Fazil Novruzov söyləyib.

 

O bildirib ki, artıq CBC media və yayım şirkətinin Qarabağda açacağı radio kanalının bir neçə dildə yayımlanacağı bəlli olub:

 

“Qarabağda regional, çoxdilli radio yayımı aparılması üçün CBC media şirkətinə lisenziya vermişik.  Hansı tezlikdə aparılacağı da artıq müəyyən olunub. Bizə təqdim edilən program konsepsiyasında əsas məsələ olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması nəzərdə tutulub”.

 

Fidan Əli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?