Modern.az

Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı

Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı

15 Aprel 2021, 11:25

Ermənistanın Kotayk vilayətində sərxoş sürücü altı hərbçini vurub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Aramus kəndində baş verib.

 

Olay zamanı iki nəfər yerindəcə ölüb. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Məlumata görə, sürücü hadisə yerindən qaçıb.

Buna baxmayaraq qəzanın günahkarı tapılaraq, nəzarətə alınıb.  Bu, 34 yaşlı bölgə sakini Karen Mikaelyandır. Qəza zamanı onun sərxoş olduğu ortaya çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat