Modern.az

COVID-19-a yoluxmusuzsa, bu, dünyanın sonu deyil - Həkim MƏSLƏHƏTİ

COVID-19-a yoluxmusuzsa, bu, dünyanın sonu deyil - Həkim MƏSLƏHƏTİ

15 Aprel 2021, 15:01

Şahin Məmmədov,
anestezioloq-reanimatoloq

Kəskin sol mədəciyin çatışmazlığı, ağciyər ödemi deyilən xəstəlik hər bir reanimatoloqa tanışdı. Bu ağır, emergency vəziyyət ürək çatışmazlığına görə yaranır. Xəstənin ağciyəri isə sağlam olur. Ürək qanı dövr elətdirə bilmədiyinə görə ağciyərə gələn kapillyarların keçiriciliyi artır, qanın maye hissəsi alveollara daxil olur. Bu zaman oksigen maye ilə qana keçə bilmir, xəstə başlayır boğulmağa.


Maye o qədər artır ki hətta iri bronxlar, ağız boşluğuna qədər köpük qalxır. Bu zaman xəstə nəfəs ala bilmədiyi üçün daha da həyəcanlanır, ölüm qorxusu yaranır. Bu qorxu onun vəziyyətini daha da pisləşdirir. Əgər həkim həmin vaxt xəstəni həm psixoloji, həm medikamentoz olaraq sakitləşdirə bilməsə, xəstə itirilir.


Ağciyər ödemi reanimasiyada çox rast gəlinən xəstəlikdir, qeyd etdiyim kimi, o bir ürək xəstəliyidir.


Ona görə ona kardiogen ağciyər ödemi deyilir.


COVID-19-un yaratdığı ağciyərlərin kəskin respirator sindromu da (ARDS) ağciyər ödeminin qeyri-kardiogen formasıdır. Burda mexanizm başqadır, səbəb vurusdur, birincili zədələnən ağciyərdir, ürək deyil və müalicə də tam başqadır.


Amma onların bir xüsusiyyəti olduqca oxşardır. Əgər xəstə panikaya düşərsə, boğulma, hava çatışmazlığı birə beş artır. Hər iki növ ağciyər ödemində xəstəyə psixoloji yardım, lazım gələrsə medikamentoz sakitləşdirmək olduqca vacibdir.


COVID-19-a yoluxmusuzsa, bu, dünyanın sonu deyil, qorxu tamamilə mənasız, əsassızdır.

Xəstələrin 80%-nin əslində heç bir dərmana ehtiyacı yoxdur.


Əgər cibinizə pul artıqlıq edirsə, heç cürə dözə bilmirsizsə, pul xərcləməsəniz olmazsa, mütləq nəsə almaq istəyirsizsə “Favipiravir”, vitaminlər və “Paracetamol” ala bilərsiz.


Çox az hallarda pnevmoniya sizdə oksigen çatışmazlığı yaradarsa da, xəstəxanaya gedərsiz, orada oksigen alarsız və remdesivir qoşarlar, tezliklə sağalıb qayıdarsız.

Unutmayın, demək olar ki 99% xəstə COVID-19-dan sagalır. Qalan 1 faizin illah da ki siz olacağınız şübhəsinə düşməyin.


Qeyd edim ki, yaşın çox olması, əlavə xəstəliklərin çox olması sizi qorxutmasın. Bibimin 80 yaşı var, evdə müalicə etdim. Hər gün xəstəxanalardan yüzlərlə xəstə sağalaraq evə buraxılır.

Nədir bu həyəcan?

Analizin cavab + çıxan kimi, az qalır bəzilərini infarkt vura…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat