Modern.az

Qərbi Kaspi Universiteti BMT-nin Akademik İmpakt şəbəkəsinə üzv seçilib

Qərbi Kaspi Universiteti BMT-nin Akademik İmpakt şəbəkəsinə üzv seçilib

16 Aprel 2021, 11:54

Qərbi Kaspi Universiteti BMT-nin Akademik Impakt şəbəkəsinə üzv seçilib.

 

Təşkilata üzv olmaqla universitet BMT-nin 2030 "Dayanıqlı İnkişaf Məqsədləri"ndən olan aclığa son, dayanaqlılıq, bərabər təhsil, ali təhsil almaq imkanları istiqamətində tədqiqatlara qoşulacaq. Eyni zamanda BMT-nin müvafiq strukturu ilə birgə tədbirlər təşkil ediləcək.

 

Göstərilən istiqamətlər üzrə tədbirlər haqqında universitet BMT-nin Akademik İmpaktını mütəmadi olaraq məlumatlandıracaq.

 

Məlumat üçün bildirək ki, şəbəkənin 147 ölkədən 1500-dən çox  üzvü var. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat