BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib. Rusiyanın müdafiə naziri general Sergey Şoyqu noyabr ayında BMT-nin minaəleyhinə mərkəzindən gəlib təmizləmələrini istəsə, də onlardan cavab gəlmədiyini bildirib.
BMT-nin və digər beynəlxalq təşkilatların bu işə qoşulması vacibdir. Rusiyanın müdafiə nazirinin də dediyi kimi, onlar bu məsələyə biganə yanaşırlar.
Maraqlıdır, BMT-ni və beynəlxalq təşkilatları bu işə cəlb etmək üşün hansı addımlar atılmalıdır? Və onların bu işə qatılmamalarına səbəb nədir? Bundan sonra qatılmaq ehtimalları varmı?
Beynəlxalq Avrasiya Məbuat Fondunun sədri Umud Rehimoğlu Modern.az-a BAMF-nın xəritələrin verilməsi ilə bağlı petitsiya başlatdığını bildirib:
“Bundan əvvəl də bizim minalanmış ərazilərlə bağlı bəyanatımız, səfərlərimiz olub. Səffərimizdə yerli icmalarla görüşdük, problemləri araşdırdıq və son olaraq petitsiya başlatdıq. Bu petitsiyanı 10000-dən çox insan imzalayıb”.
Umud Rəhimoğlu beynəlxalq təşkilatların siyasi tərəfdən qərar qəbul etmələrində lənglik hiss olunduğunu söyləyib:
“Beynəxlaq minatəmizləmə ilə bağlı müxtəlif kampaniyalar müraciət edirlər. Bu istiqamətdə bildiyim qədəri ilə danışıqlar gedir. Onlar minatəmizləmə kampaniyasında iştirak edəcəklər. İştirakları planlaşdırlır. Son 30 ildə beynəlxalq təşkilatların ölkəmizə qarşı olan münasibətinin birmənalı şəkildə fərqinə vardıq. Azərbaycanın probleminin həll edilməsində dünyanın aparıcı dövlətlərinin və bu məsələnin həllində məsuliyyəti olan qurumlaın laqqeydliyini gördük.
Arzuolunan budur ki, beynəlxalq təşkilatlar daha ciddi şəkildə bu məsələyə diqqət ayırsınlar. Ərazilərin bu şəkildə çirkləndirilməsi bəşəri, insanlığa qarşı törədilmiş bir cinayətdir. Bu problemin həll edilməsində məsuliyyət daşıyan bütün beynəlxalq qurumlar öz səsini qaldırmalı və sözünü deməlidirlər. Azərbaycan vətəndaş cəmiyyətinin qurumları bu işdə daha fəal olmalı, beynəlxalq təşkilatların həyata keçməsi üçün bizim təşəbbüsləri dəstəkləməlidirlər. Petitsiyaya daha çox insanları cəlb etmək ilə məəsləyə böyük diqqət ayırmış olarıq”.
Rusiya Təhlükəsizlik Şurasının üzvü olaraq bu məsələni qaldırmağa ixtiyarı var, lakin Azərbaycanın özünün müraciəti əsasında məsələnin həll edilməsi daha düzgün olar.
BMT-nin minatəmizləmə mərkəzinin məsələni diqqətdən kənar saxlamasını düşünmürəm. BMT-nin əsas fəaliyyətlərindən, həyata keçirdiyi proqramlardan biri də mina təhlükəsizliyi ilə mübarizə proqramıdır. Azərbaycanda belə bir proqramın həyata keçirilməsinə BMT 90-cı illərin sonlarında başlayıb. BMT-nin müxtəlif agentlikləri var. Həmin agentliklər bu istiqamətdə müəyyən layihələr həyata keçirmək haqqında mesajlar verirlər. Hesab edirəm ki, indiki halda qoşulmayıblarsa, növbəti mərhələlərdə fəaliyyətlərini aydın şəkildə hiss edəcəyik.
Nəzrin Vahid