Modern.az

Azərbaycanda ən çox və ən az yoluxma olan bölgələr…

Azərbaycanda ən çox və ən az yoluxma olan bölgələr…

19 Aprel 2021, 09:24

Bakı şəhəri üzrə COVID-19 virusuna yoluxma artıb.

Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, bundan əvvəlki göstəricilərdə paytaxtda yoluxma 53.7 faiz idisə, hazırda 54.2 faiz təşkil edir. 

Sonrakı yerlərdə 12.8 faizlə Abşeron, 12 faizlə Aran, 7.5 faizlə Gəncə-Qazax, 4 faizlə Şəki-Zaqatala, 3 faizlə Quba-Xaçmaz, 2.5 faizlə Lənkəran, 2.4 faizlə Dağlıq Şirvan, 1.3 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ölkə üzrə ən aşağı yoluxma 0.4 faizlə ənənəvi olaraq, Naxçıvan Muxtar Respublikasındadır.

Rəsmi məlumata görə, ölkə xairicində yoluxanlar ümumi yoluxanların 0.3 faizini təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat