Hazırda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2021 ilin yaz sessiyası öz işinə başlayıb.
Bu barədə Modern.az-a ölkəmizin qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva məlumat verib.
Deputat qeyd edib ki, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrı-seçkilik, Avropanın diasporlar üzrə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.