Modern.az

Qarabağda  xidmət edən erməni əsgərlərin valideynləri erkən tərxis olunma TƏLƏB ETDİLƏR

Qarabağda  xidmət edən erməni əsgərlərin valideynləri erkən tərxis olunma TƏLƏB ETDİLƏR

19 Aprel 2021, 15:04

Qarabağda müddətli hərbi xidmət keçən erməni əsgərlərin valideynləri bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət binasının qarşısında toplaşan valideynlər jurnalistlərə şikayətləniblər.

"Paşinyanla görüşdə biz onların xidmət müddətinin azaldılmasını tələb edəcəyik. Oğlum 9 aydır xidmətdədir. Müharibə başlayanda ay yarım idi xidmətə başlamışdı. İndi psixoloq bizə oğlumun yaxşılaşmasına ehtiyac olduğunu söyləyib",-deyə qaınlardan biri qeyd edib.

Hərbi qulluqçuların valideynləri xidmət müddətinin 6 aya endirilməsini tələb etdiklərini vurğulayıblar.

Hərbçilərin yaxınları baş nazirlə söhbətin müsbət nəticəsinə ümid edirlər.

Xatırladaq ki, Qarabağda xidmətini davam etdirən və eyni zamanda itkin düşmüş hərbçilərin valideynləri noyabrın bir neçə aydır Ermənistan hökumət və Müdafiə Nazifrliyinin binası yaxınlığında vaxtaşırı aksiyalar keçirirlər. Xüsusilə Qarabağda xidmət edən hərbçilərin valideynləri oğlanlarının erkən tərxis edilməsinə nail olmağa çalışırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat