Modern.az

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Aktual

20 Aprel 2021, 12:35

Təhsil Nazirliyi sosial şəbəkə hesabında 2021-2022-ci tədris ili üzrə canlı yayımda birinci sinfə qəbulla bağlı vətəndaşların suallarını cavablandırır.  

Modern.az xəbər verir ki, canlı yayımda çıxış edən Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari tədris ilindən elektron kabinetlərinin mövcud olduğunu vurğulayıb:


“Onlar üçün yenidən şəxsi kabinet açmağa və elektron qeydiyyata ehtiyac yoxdur. Valideynlər sadəcə həmin login və şifrə ilə özlərinə məxsus şəxsi kabinetlərinə daxil olaraq övladlarının məktəb seçimini və digər prosesləri həyata keçirə bilərlər”.


Xatırladaq ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat