Modern.az

1-ci sinfə qəbula dair apellyasiya şikayətinin vaxtı açıqlandı

1-ci sinfə qəbula dair apellyasiya şikayətinin vaxtı açıqlandı

Aktual

20 Aprel 2021, 12:53

“Birinci sinfə qəbul üzrə müsahibələrdən narazı qalan valideynlər apelyasiya şikayəti ilə müraciət edə bilərlər”.

Modern.az xəbər verir ki, bunu 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı Təhsil Nazirliyinin sosial şəbəkə hesabındakı canlı yayımda vətəndaşların suallarını cavablandırarkən nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib. O, xatırladıb ki, apellyasiya şikayəti 22 maydan 19 iyuna qədər edilə bilər:

“Apelyasiyaya müraciət edən valideynlərin uşaqlarından yenidən müsahibə götürülməyəcək, sadəcə,  müsahibə vaxtı olan videoçəkilişə baxılaraq müvafiq rəy verilə bilər. İstisna hal internet problemi yaşayan uşaqlarla bağlı ola bilər. Bu zaman komissiya rəy verməlidir ki, yenidən müsahibə aparılsın, ya yox”.

  1. Kərimov onu da qeyd edib ki, iyunun 21-nə qədər tədris digər dillərdə müsahibələrdən (əsasən rus bölməsi) uğurla keçən məktəbəhazırlıq qruplarında olan uşaqlar oxuduqları məktəblərdə I sinfə qəbul olacaq:

“Məktəbəhazırlıq qruplarında olmayan və müsahibədən uğurla keçən uşaqlar üçün 24 iyun saat 11:00-dan məktəb seçimi aktivləşəcək”.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat