Modern.az

AŞPA-da azərbaycanlı deputatdan ermənilərə CAVAB

AŞPA-da azərbaycanlı deputatdan ermənilərə CAVAB

Aktual

22 Aprel 2021, 12:33

“Avropa Şurasının Azərbaycana “Zəfər parkı" nın bağlanması və “hərbi əsirlər”in qaytarılması ilə bağlı müraciət edəcəyinə əminik”

Modern.az xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assamleyasının (AŞPA) iclasında “Çiçəklənən Ermənistan” Partiyasından deputatı, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Naira Zoqrabyan deyib.  

Azərbaycan nümayəndə heyyətinin üzvü Kamal Cəfərov isə cavabında bildirib ki, Zoqrabyan müharibə zamanı Mingəçevir su anbarını vurduqlarını yazmışdı.

“Biz bunun araşdılırmasını istəyirik. Bu doğrudursa, AŞPA da terrorizmi dəstəkləyir.  Birinci Qarabağ Müharibəsi zamanı 1 milyon qaçqın və köçkünümüz olanda, Xocalı soyqrımı törədiləndə burda azərbaycanlılara qarşı faciələrə sadəcə göz yumuldu”.

O, həmçinin qeyd edib ki, erməni nümayəndələrinin çıxışları onların sülhə deyil, revanşizmə hazırlaşdığını göstərir.

Aysel Məhərrəmova


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə