Polis Yerevanda hökumət başçısının Nazirlər Kabinetinin binasına girməsinin qarşısını almaq istəyən bir neçə müxalifət fəalını saxlayıb.
Modern.az xəbər veriri ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Cümə axşamı səhər bir qrup fəal özlərini Ermənistan hökumət binasının kənarındakı qapıya zəncirləyib. Aktivistlər bu yolla baş nazir Nikol Paşinyanın kabinet binasına girməsinin qarşısını almaq niyyətində olublar. Mühafizəçilər zəncirləri kəsmək üçün "kəsicilərdən" istifadə ediblər. Bir neçə fəal polis tərəfindən nəzarətə alınıb.
Xatırladaq ki, Paşinyan çərşənbə günü Zəngəzur bölgəsinə ziyarət etmişdi. Amma "Nikol vətən xainidir!", "Nikol, get!" şüarları ilə qarşılaşmışdı. Orda yaşayanlara dəstək aksiyası axşam Yerevanda - Baş nazir Nikol Paşinyanın hökumət dairəsi yaxınlığında keçirilib.
Aysel Məhərrəmova