Modern.az

Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verildi

Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verildi

Aktual

22 Aprel 2021, 16:36

Rusiyanın Sankt-Peterburq şəhərindən 15 ölkəyə, o cümlədən, Azərbaycana uçuşların həyata keçirilməsi üçün 3 aviaşirkətə lisenziya verilib.

 

Modern.az-a bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinə istinadən məlumat verir.

 

Qeyd olunur ki, müvafiq icazələr "Aeroflot", "S7Airlines" və "PEGAS Fly" şirkətlərinə verilib.

 

Bu aviaşirkətlərin reysləri koronavirus pandemiyası ilə əlaqədar dayandırılmışdı.

 

Xatırladaq ki, Rusiya Hava Nəqliyyatı Federal Agentliyi Bakıya müntəzəm uçuşlar üçün "Uralskiye avialinii", "Severnıy veter", "Red Uinqz", "İkar", "İjavia", "İrAero" şirkətlərinə də lisenziyalar vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə